
“Çelsi”dən Lemparda rədd cavabı
“Çelsi”nin sabiq baş məşqçisi Frank Lempard keçmiş komandasını çalışdırmaq təklifini rəhbərliyə təqdim edib.
Komanda.az xəbər verir ki, bu barədə “Topskills Sports UK” məlumat yayıb.
Lempard “Çelsi” rəhbərliyinə hazır olduğunu bildirsə də, klubun idarə heyəti bu təklifə qəti şəkildə rədd cavabı verib. Hazırda komandanın baş məşqçi postuna yeganə namizəd Fransanın “Strasburq” komandasını çalışdıran Liam Rozenyor göstərilir.
Lempard hazırda Çempionşipdə mübarizə aparan və turnir cədvəlinə başçılıq edən “Koventri”ni çalışdırır.
“Çelsi” yanvarın 1-də Enzo Mareskanın baş məşqçi vəzifəsindən istefasını açıqlamışdı. Komanda İngiltərə Premyer Liqasının cari mövsümündə 19 turdan sonra 30 xal toplayaraq, turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin



