Azərbaycanlı atletlərin DÇ-də çıxış cədvəli məlum oldu

Sentyabrın 18-dən 27-nə qədər Tailandın Pattaya şəhərində keçiriləcək ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatında 105 ölkədən 734 atlet (395 kişi və 339 qadın) körpücük üzərinə çıxacaq.

Komanda.az xəbər verir ki, onların arasında Azərbaycan yığmasının 3 üzvü də var. Artıq onların çıxış qrafiki məlum olub.

Onunla aşağıda tanış ola bilərsiniz. Qeyd edək ki, çıxış vaxtları Bakı vaxtı ilə göstərilib:

  1. Səbinə Əzimova (55 kq) – 19 sentyabr, 19:30
  2. Boyanka Kostova (59 kq) – 21 sentyabr, 14:55
  3. Nailxan Nəbiyev (96 kq) – 23 sentyabr, 19:30