
“Xarakter göstərdik, qalib gəldik” – “Sumqayıt”ın məşqçisi
“Sumqayıt”ın məşqçisi Veliçko Kaplanoviç Premyer Liqanın 13-cü turunun “Sumqayıt”la oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbəyə görə sevindiklərini deyib:
“Qələbəyə görə sevinirəm, xarakter göstərdik. Bəzi itkilərimiz var idi. Xüsusilə də, Rayan Senhaci oynamırdı. “Şamaxı” hesabı açdı. Onlara qarşı oynamaq çətindir. Amma biz bunu bacardıq, xarakter göstərdik, qalib gəldik. Oyunçularımızı təbrik edirəm”.
“Şamaxı” – “Sumqayıt” matçının sonlarında baş məşqçi Saşa İliç qırmızı vərəqə aldığı üçün konfransda onun köməkçisi danışıb.
Kaplanoviç Ayxan Abbasovla İliç arasında yaşanmış mübahisəyə də toxunub:
“İnanın ki, heç nə bilmirəm. Çünki həmin anda oyuna baxırdım və futbolçularımızdan biri ilə danışırdım. Epizodun nəyə görə baş verdiyini dəqiq görmədim”.
Bizi Facebook-da izləyin



