42 yaşlı futbolçu ilə yeni müqavilə

Fransanın “Monpelye” klubu kapitanı Vitorino Hiltonla müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 42 yaşlı braziliyalı müdafiəçi ilə yeni sözləşmə 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Vitorino Hilton 2011-ci ildən “Monpelye”də çıxış edir. O, 2011/12 mövsümündə Fransa çempionu olub. Təcrübəli müdafiəçi karyerası ərzində “Şapekoense”, “Parana”, “Servette”, “Lans” və “Olimpik” (Marsel) kimi klublarda da forma geyinib.