“Qalatasaray” yeni transferini təqdim etdi – Rəsmi

Türkiyənin “Qalatasaray” klubu “Roma”dan transfer etdiyi Stiven Nzonzinin keçidini rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Sarı-qırmızılar” fransız yarımmüdafiəçi ilə 1+1 şərtilə müqavilə imzalayıb.

“Qalatasaray” mövsümün sonunda 16 milyon avro qarşılığında Nzonzinin transfer hüquqlarına sahib ola bilər.