“Çelsi” fransalı futbolçunu izləyir

“Çelsi” son günlər “Leyptsiq”in 21 yaşlı müdafiəçisi Kastello Lukeba ilə bağlı araşdırmalar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular fransalı futbolçunu transfer etməkdə maraqlıdır.

Lukeba ötən yay “Lion”dan keçdikdən sonra “Leyptsiq”də debüt mövsümünü keçirir. Futbolçunun müqaviləsində 70 milyon avroluq sərbəstqalma bəndi nəzərdə tutulub.

Fransalı futbolçunun xidmətində İngiltərənin digər klubu “Mançester Yunayted” də maraqlıdır.

Lukeba Bundesliqanın cari mövsümündə 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button