3 komandaya texniki məğlubiyyət verildi, biri yarışdan kənarlaşdırıldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Komanda.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:

Futzal üzrə Yüksək Liqanın 7-ci turunun “Araz Naxçıvan” – “Record” oyununda “Araz Naxçıvan”ın oyunçusu Fərid Ələkbərov kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.

U-10 Liqasının 7-ci turunun İCBFA – 8 N-li İOEUGİM oyununda 8 N-li İOEUGİM-in heyətində yetərsay olmadığı üçün oyunun baş tutmamağına görə 8 N-li İOEUGİM komandasına 0:3 hesabı ilə məğlubiyyət verilib. Bu hal ikinci dəfə təkrarlanır.

U-14 Liqasının 2-ci turunun “Kəpəz” PFK – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının baş məşqçisi Şahin Kərimov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalanıb.

U-12 Liqasının 7-ci turunun “Mübariz FA 12” – 8 N-li İOEUGİM (Bakı) 12 oyununda “Mübariz”in heyətində yetərsay olmadığı üçün 0:3 hesabı ilə texniki məğlubiyyət verilib. Bu hal ikinci dəfə təkrarlanır.

U-17 Liqasının 16-cı turunun “Şamaxı” – “Xan Lənkəran” oyununda “Xan Lənkəran”ın oyunçusu Səlim Əliyev ciddi qayda pozuntusu etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-12 Liqasının 8-ci turunun “Sumqayıt” – “Neftçi” oyununda “Neftçi”nin inzibatçısı Sabir Hacıyev hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-17 Liqasının 16-cı turunun “Səbail” – “Zirə” oyununda “Zirə”nin oyunçusu Nuran Muradlı hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalandırılıb. “Səbail”in oyunçusu İbrahim Əsədov ciddi qayda pozuntusu etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb.

U-13 Liqasının 8-ci turunun “Ramana İM” – “Lokomotiv Baku” oyununda “Ramana” oyuna vaxtında gəlmədiyi üçün bu klub AFFA-nın bayrağı altında keçirilən bütün yarışlardan xaric edilib. Bu hal artıq 3-cü dəfə təkrarlanır.

U-13 Liqasının 8-ci turunun “Mil-Muğan” – “İmişli” oyununda “İmişli”nin baş məşqçisi Samid Həsənov hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 3 oyun cəzalandırılıb.

U-13 Liqasının “Odlar Yurdu” (Sumqayıt) – “ROFM-Buzovna” oyununda “Odlar Yurdu”nun baş məşqçisi Elman Məmmədov hakimə qarşı təcəvüzkar davranış etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 10 oyun cəzalandırılıb.

U-13 Liqasının “Dortmund Bakı” – “Ramana” oyununda “Ramana İM” klubu oyuna vaxtında gəlmədiyi üçün oyun keçirilməyib. Buna görə “Ramana”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button