
26-cı kuboku kim qazanacaq?
Mayın 24-də futzal üzrə Azərbaycan kubokunda 2021/2022-ci il mövsümünə yekun vurulacaq.
Komanda.az xəbər verir ki, qalib adı uğrunda Yüksək Liqanın bürünc medalçısı “Neftçi” İK və Birinci Liqa təmsilçisi “Alyans Qrup” qarşılaşacaq.
Əvvəlki 25 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə ümumiyyətlə keçirilməyib.
1994/95 Neftçi
1995/96 Neftçi
1996/97 Avtomobilçi
1997/98 Avtomobilçi
1998/99 Nabspor
1999/00 Azərneftyanacaq
2000/01 Azərneftyanacaq
2001/02 Gömrükçü
2002/03 Gömrükçü
2003/04 Turan AİR
2004/05 Araz-Naxçıvan
2005/06 Araz-Naxçıvan
2006/07 Araz-Naxçıvan
2007/08 Araz-Naxçıvan
2008/09 Araz-Naxçıvan
2009/10 Neftçi İSM
2010/11 EKOL
2011/12 EKOL
2012/13 Neftçi İSM
2013/14 Neftçi İSM
2014/15 Fener FK
2015/16 EKOL
2016/17 Neftçi İK
2017/18 Marafon Futsal
2018/19 EKOL
2019/20 Yarış başa çatdırılmayıb
2020/21 Pandemiya ilə əlaqədar keçirilməyib
Bizi Facebook-da izləyin