FİFA rəsmən açıqladı – Ev sahiblərinin adlarını

2021-ci ildə keçiriləcək klublararası dünya çempionatına (KDÇ) ev sahibliyi edəcək ölkə məlum olub.

Komanda.az xəbər verir ki, Çin 2021-ci ildə keçiriləcək mundiala ev sahibliyi edəcək. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

2019 və 2020-ci illərdə keçiriləcək klublararası dünya çempionatına Qətər ev sahibliyi edəcək. Hazırkı formata görə turnirdə 7 klub iştirak edəcək. Qətərdə təşkil olunacaq turnir 11-21 dekabr tarixlərində keçiriləcək.

2021-ci ildə keçiriləcək yarış isə yeni formatda olacaq. Belə ki, turnir çərçivəsində 24 komanda mübarizə aparacaq.

FİFA bundan əlavə, 2021-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandaların dünya çempionatına İndoneziyanın, çimərlik futbolu üzrə DÇ-2021-ə Rusiyanın, 17 yaşadək futbolçulardan ibarət milli komandalar arasındakı DÇ-2021-ə isə Perunun ev sahibliyi edəcəyini açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button