“2020-ci il bitdiyi üçün xoşbəxtəm” – Klopp

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində səfərdə “Nyukasl”la 1:1 hesablı bərabərliyə razılaşan “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, nəticədən məmnun olmayan alman mütəxəssis, bunları deyib:

“Nəticədən razı deyiləm. Ələ düşən şansı dəyərləndirə bilməsəz, qalib gəlməyiniz çətin olar. Oyunumuzda problem yox idi, sadəcə fürsətlərimizdən istifadə edə bilmədik. Bu matçda azı 1:0 hesabı ilə qalib gəlməli idik, amma bacarmadıq. Bu performansımızla növbəti oyunlarda qalib gələ bilərik.

2020-ci ildə çempionluğumuz istisna olmaqla, qalan hər şey çox çətin oldu. 2020-ci il bitdiyi üçün xoşbəxtəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button