“Qarabağ”dan “Sumqayıt”a 5 cavabsız qol

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turdan təxirə salınmış oyun keçirilib.

Komanda.az xəbər verir ki, təxirə salınan oyunda “Qarabağ” “Sumqayıt”ı qəbul edib. Bu matçın nəticəsi turnir cədvəlində heç bir ciddi dəyişikliyə səbəb olmayacaqdı. “Köhlən atlar” çempionluğu bir neçə tur əvvəldən təmin edib. “Sumqayıt” isə bu görüşdə yaxşı nəticə qazanmaqla sadəcə azarkeşlərinin könlünü almış ola bilərdi. Lakin 90 dəqiqənin sonunda Ağdam klubu darmadağına sevinən tərəf olub.

Azərbaycan Premyer Liqası, 16-cı turun oyunu

12 may

Qarabağ – Sumqayıt 5:0
Qol: F.Ozobiç, 4. P.Andrade, 11. K.Borges, 30; 52. İ.Vadji, 31.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elman Musayev
“Azersun Arena”, 19:00

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Sumqayıt: 23. Andrey Popoviç, 18. Süleyman Əhmədov, 17. Murad Xaçayev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 78. Araz Abdullayev, 91. Anatoli Nuriyev, 5. Camaləddin Xocaniyazov (k), 11. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 3. Vurğun Hüseynov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 60. Elvin Məmmədov, 2. Dmitro Nağıyev, 33. Eltun Turabov, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button