16 yaşlı futbolçu tarixə düşüb

“Barselona”nın vingeri Lamin Yamal tarixə düşüb.

Komanda.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi La Liqanın 24-cü turunda “Qranada” ilə oyunda (3:3) dubl edərək buna nail olub.

Bununla 16 yaşlı hücumameyilli oyunçu cari mövsümdə ölkə çempionatında qol sayını 3-ə çatdırıb. Yamaldan əvvəl La Liqa tarixində heç kim 17 yaşına çatana qədər rəqib qapılarından 3 top keçirməyib. İker Muniain və Ansu Fati 2 qol vurmağı bacarıblar.

“Barselona” hazırda 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button