150-ci məğlubiyyət

“Sumqayıt” Premyer Liqada 150-ci məğlubiyyətini alıb.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, bu, 18-ci turun “Zirə” ilə matçına təsadüf edib. 0:1 hesabı ilə uduzan “gənclik şəhəri” təmsilçisi 317-ci görüşündə 150-yə çatıb.

Sumqayıtın eyniadlı təmsilçisi məğlubiyyətlərin 64-nü evdə, 86-nı səfərdə alıb. Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub. “Sumqayıt” buna çatan 9-cu komandadır. Antirekord isə fəaliyyətini dayandıran “Turan”a məxsusdur. Tovuzlular 222 dəfə yenilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button