10 nəfərlə qalmağımıza baxmayaraq… – Bordin

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Premyer Liqada “Qarabağ”la qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis 1:1 hesabıyla bitən matçı belə şərh edib:

– Oyuna yaxşı başlamadıq. Sonra özümüzü toparlayıb, yaxşı hücumlar etdik. 10 nəfərlə qalmağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. Futbolçularımı təbrik edirəm.

– Lider olaraq, 1:1 hesabını uğurlu nəticə hesab edirsizmi?

– 1 nəfər azlıqda oynadıq. Hesabı qoruyub saxlaya bildiyimiz üçün uğurlu sayıram. Qırmızı vərəqə alana qədər, yaxşı oyun nümayiş etdirirdik. Əks-hücumlara üstünlük verirdik. Oyundan razıyam. Azarkeşlərimizə təşəkkür edirəm. Özümüzü evdə oynamış kimi hiss edirdik.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button