
“1 xalı qənaətbəxş saymıram”
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə matçda qazandıqları 1 xalı qənaətbəxş saymır.
Komanda.az xəbər verir ki, bunu mütəxəssis özü sözügedən qarşılaşmadan sonra mətbuat konfransında bildirib.
O, qolsuz başa çatan qarşılaşmanı şərh edib:
“Qarşılaşmanın ilk 20 dəqiqəsini yaxşı oynadıq. İkinci hissədə də oyunumuzu düzəltməyə çalışdıq. Lakin bir sıra səhvlərə yol verdik. Epizodlarımız olsa da, yararlana bilmədik. 1 xal qazansaq da, bunu qənaətbəxş saymıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



