“Səbail”in transfer etmək istədiyi Essyen Bakıda!

“Səbail”in heyətinə qatmağa çalışdığı Maykl Essyen Bakıya gəlib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu gün Bakıya gələn qanalı futbolçu “Bayıl Arena”da keçiriləcək “Səbail” – “Qarabağ” oyununu da tribunadan canlı izləyəcək.

Essyenin yaxın 1-2 gündə “Səbail”lə müqavilə imzalayacağı gözlənilir. Vaxtı ilə “Lion”, “Çelsi”, “Real”, “Milan” kimi klublarda çıxış etmiş yarımmüdafiəçinin “Səbail”lə sözləşməsinin müddəti bu mövsümün sonu və növbəti mövsümü əhatə edəcək.

Essyen bir neçə gün əvvəl Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı paytaxtımızda təşkil olunan “Ulduzlar finalı”nda da meydana çıxmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button