Ərəblərin Avropadan “oğurlamaq” istədiyi 3 ulduz futbolçu

Səudiyyə Ərəbistanı hökuməti yerli futbol çempionatına ciddi investisiyalar qoymağı planlaşdırır.

Komanda.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəhbərliyi ilk dördlükdə yer alan klubların hər birinin öz super ulduzunun olmasını istəyir. “Əl-Nəsr”də artıq portuqaliyalı hücumçu Kriştiano Ronaldo var. “Əl-Hilal”, “Əl-İttihad” və “Əl-Əhli”nin güclənməyə ehtiyacı var.

“Əl-Hilal” PSJ-nin hücumçusu Lionel Messi ilə maraqlanır. Klub ona İspaniya “Barselona”sından qat-qat yaxşı müqavilə təklif etmək istəyir.

“Əl-Əhli” “Real”ın yarımmüdafiəçisi Luka Modriçi transfer etməyə hazırlaşır. Lakin xorvat futbolçu “kral klubu” ilə müqaviləsini 2024-cü ilə qədər uzatmaq istəyir.

“Real”ın hücumçusu Kərim Benzema isə “Əl-İttihad”a keçə bilər. Fransalı forvard artıq Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi ilə müqavilənin şərtlərini müzakirə edib, amma transfer təklifini qəbul etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button