“Ən yaxşı formada oynaya bilmədik” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya superkubokunun yarımfinal mərhələsinin “Valensiya” ilə matçından sonra (1:1, penaltilər 4:3) açıqlama verib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, futbolçularının çox az qol imkanları yaratdığını deyib:

“Çətin oyun keçdi. Biz finaldayıq. Yalnız oraya vəsiqə qazanan qalib gələ bilər. İlk hissə oyuna nəzarət etdik. Rəqib ikinci hissədə tempi aşağı saldı. Çox az qol imkanları yaratdıq.

Ən yaxşı formada oynaya bilmədik. Lakin nəticə əldə edə bildik. Fasilədən yenicə qayıtmışıq, işləmək lazımdır. Komandam çox xoşuma gəldi”.

“Kral klubu”nun finalda rəqibi “Betis” – “Barselona” matçından sonra bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button