Əliyevli “Ximki” yenə məğlub oldu

Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Axmat”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlub ayrılıb – 1:2.

Kamran da bu matçın iştirakçısı olub. O, 73-cü dəqiqədə meydana buraxılıb.

4 turdan sonra cəmi 1 xalı olan “Ximki” 16 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button