“Əla işlər görürük və vacib olan mövsümü bu şəkildə bitirməkdir” – Ronaldo

İtaliya A Seriyasının 34-cü turu çərçivəsində “Latsio”ya qalib gələn (2:1) “Yuventus”un hücumçusu Kriştiano Ronaldo açıqlama verib.

Komanda.az xəbər verir ki, “qoca sinyora”nın hər iki qolunun müəllifi olan portuqaliyalı futbolçu, oyunla bağlı bunları deyib:

“Çətin oyun olacağını bilirdik, “Latsio” indiyədək möhtəşəm mövsüm keçirdi. Evdə oynadığımız üçün daha çox qol vura bilərdik, amma istənilən halda, yaxşı oyun keçirdik. Rekordlarım? Şəxsi rekordlar hər zaman vacibdir, amma əsas olan komandadır. Əla işlər görürük və vacib olan mövsümü bu şəkildə bitirməkdir. Rekordlar proseslərin gedişində ortaya çıxır, vacib olan liqa çempionluğunu qazanmaqdır”.

34 turdan sonra 80 xal toplayan “Yuventus” turnir cədvəlinin lideridir və ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button