“Əks-hücumlarda fərqlənə bilərdik” – Mahmud Qurbanov

“Səbail”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 5-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun olacağını bilirdik. Mövsümə 4 qələbəylə başlamış rəqiblə oynayırdıq. Uduzmamağa çalışırıq. İlk matçdır ki, qapımızda top görmədik. İlk 45 dəqiqədə qol şansımız oldu, amma qapıçı rəqibi xilas etdi. Əks-hücumlarda fərqlənə bilərdik.

Hakimlərə hörmətim var, amma elə epizod oldu ki, penalti olub-olmadığını dəqiqləşdirmək üçün təkrara baxmaq lazım idi. Murad Musayevlə aramızda elə də ciddi narazılıq olmadı. Futbolda belə şeylər olur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button