DÇ-2022: “Biz bir az daha yaxşı idik” – Gündoğan

Almaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan DÇ-2022-nin ikinci turunun İspaniyaya qarşı matçı (1:1) haqda danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, Türkiyə əsilli almaniyalı futbolçu yekun nəticənin ədalətli olduğunu hesab edir:

“Həqiqətən, yaxşı şanslarımız oldu və biz bir az daha yaxşı idik. Lakin sonda ədalətli nəticə oldu. İndi hər şey qrup mərhələsinin son oyununda həll olunacaq. Mən ehtiyat oyunçular skamyasında oturub Tomas Müllerlə danışırdım və tezliklə qol vuracağımızı hiss edirdik”.

Almaniya yığması DÇ-2022-nin E qrupunda iki turdan sonra 1 xala sahibdir. Onlar sonuncu turda Kosta Rika millisi ilə qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button