Əzizovun komandası 4 cavabsız qola üzüldü

Futbol üzrə Hollandiya ikinci liqasında 32-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “AZ Alkmaar”ın əvəzediciləri ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“NEK Neymegen” hazırda 42 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button