“Üç min il ərzində etdiklərimizə görə üzr istəməliyik” – FİFA prezidenti

FİFA prezidenti Canni İnfantino noyabrın 20-də Qətərdə start götürəcək dünya çempionatından əvvəl mətbuat konfransında çıxış edib.

Komanda.az xəbər verir ki, İnfantino Qətərin mundiala hazır olduğunu bildirib:

“Mən avropalıyam. Əxlaq dərsi vermək lazım deyil. Dünyada üç min il ərzində etdiklərimizə görə üzr istəməliyik. Qətərdəki dünya çempionatını müdafiə etməli deyiləm. Mən futbolu müdafiə edirəm”.

Dünya çempionatı noyabrın 20-də start götürəcək. Turnirin Qətərdə təşkili, insan haqlarının pozulması, əməkçi miqrantların aşağı maaş alması ciddi tənqidlərə məruz qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button