“Əsas məqsədimiz gözəl qələbə qazanmaq idi” – Hanko

Slovakiya millisinin üzvü David Hanko AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasını məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi 5:1 hesabıyla bitən görüş haqda bunları deyib:

“Əsas məqsədimiz gözəl qələbə qazanmaq idi. Qol vurdum, ancaq bu qolun hazırlanmasında Andrey Duda və Robert Makın böyük əməyi var.

Sentyabrda yenidən davam edəcəyik. Ümid edirəm ki, Macarıstan və Xorvatiya ilə oyunlarda maksimum xal toplayacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button