“DÇ-2022-dən sonra baş verəcəklərə hazır olmalıyıq” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta DÇ-2022 ilə bağlı yaranacaq fasiləni şərh edib.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis milliyə dəvət edilən futbolçulara uğurlar arzulayıb:

“Dünya çempionatında çıxış edəcək futbolçulara uğurlar arzulayıram. Ümid edirəm ki, onlar bundan həzz alırlar. Hər bir futbolçunun ölkəsi üçün oynaması ən gözəl duyğudur.

Dünya çempionatının komandaya mənfi təsir edib-etməyəcəyini bilmirəm. Ən yaxşısına ümid edəcəm. Hamı geri qayıdanda biz olduğumuz vəziyyəti qiymətləndirəcəyik və davam edəcəyik. Biz nə etdiyimizi düşünməliyik və dünya çempionatından sonra baş verəcəklərə hazır olmalıyıq”.

“Arsenal”ın qapıçısı Aaron Ramsdeyl, müdafiəçi Ben Uayt və hücumçu Bukayo Saka noyabrın 20-dən dekabrın 18-dək DÇ-2022 üçün İngiltərə yığmasının heyətinə daxil edilib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button