Ən yaxşı cavabı sabah verəcək

“Liverpul”un hücumçusu Sadio Mane gələcək karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Liverpul”dan ayrılacağı iddia edilən seneqallı futbolçu, sadəcə Çempionlar Liqasının sabah keçiriləcək final matçını düşündüyünü bildirib:

“İndi yalnız onu deyə bilərəm ki, tamamilə sabahkı matça köklənmişəm. Bu, Çempionlar Liqasının finalına qədər verməli olduğum cavabdır. Ən yaxşı cavabı isə sabah verəcəm. Eşitmək istədiyiniz cavabı”.

Manenin “Bayern”ə keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin