Ən gənc çempion – orta yaş 26

56 yaşlı italiyalı mütəxəssis Stefano Piolinin rəhbərlik etdiyi “Milan” İtaliya çempionu olub və unikal statistik göstərici ilə diqqət çəkib.

Komanda.az xəbər verir ki, “Milan” 3 xal sistemi tətbiq olunandan bəri A Seriyasında çempionluğu qazanan ən gənc komandadır. Çempionun meydana buraxdığı futbolçuların orta yaşı 26 yaş 97 gün olub.

“Rossonyerlər” 2010/2011 mövsümündən sonra ilk dəfə İtaliya çempionluğunu qazanıb. Komanda tarixində 19-cu dəfə çempion olub. Bu göstəriciyə görə “Milan” “İnter”ə çatıb. Ən çox qələbə qazanan isə “Yuventus”dur – 36.

Bizi Telegramda izləyin