Pelenin son durumu

Əməliyyat olunan keçmiş futbolçu Pelenin son durumu açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə 81 yaşlı keçmiş hücumçunun qızı Keli Nasimentu “instagram” hesabında paylaşım edib. O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib:

“Ağrısı yoxdur, əhval-ruhiyyəsi yaxşıdır. Bir-iki gündən sonra adi palataya köçürüləcək, sonra evinə gedəcək”.

Pele sentyabrın 6-da, bağırsağındakı şiş ucbatından əməliyyat olunub.