Əliyevin komandası ilk turda məğlub oldu

Futbol üzrə Rusiya çempionatında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə Moskva ÇSKA-sı ilə qarşılaşıb. “Ufa” bu oyundan minimal hesabla məğlub ayrılıb – 0:1.

Azər bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.