“Əlimizə düşən şansların hamısından yararlandıq” – Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 5:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Həqiqətən çox vacib oyun idi. Məsafəni nəzərə alsaq, son səfər matçımız idi. “Qəbələ” bütün rəqiblərə qarşı oyunlarda daha çox hücum etməyə çalışır. Rəqibin yaxşı hücum xətti var, futbolçular bir-birlərini gözəl başa düşürlər. Əks-hücumlarda təhlükəli idilər. Bu cür hücumların qarşısını pis almadıq. İlk hissədə bir neçə qol epizodumuz olsa da, istifadə edə bilmədik. İkinci yarıda isə demək olar ki, əlimizə düşən şansların hamısından yararlandıq və vacib xallar qazandıq”.