Hakimi 15 ilə qədər həbsdə “yata” bilər

PSJ-nin və Mərakeş millisinin müdafiəçisi Əşrəf Hakimi ilə bağlı zorlama ittihamı üzrə cinayət işi məhkəməyə göndərilib.

Komanda.az xəbər verir ki, Versal Apellyasiya Məhkəməsinin istintaq palatası futbolçunun cinayət məhkəməsi qarşısına çıxarılması barədə qərar qəbul edib.

Hakimi 2023-cü ildə 24 yaşlı qadına qarşı zorlama ittihamı ilə rəsmi şəkildə təqsirləndirilib. Bundan sonra o, məhkəmə nəzarətinə götürülüb.

Mayın 22-də futbolçu işin bağlanması tələbi ilə şəxsən Versal Apellyasiya Məhkəməsinə müraciət etsə də, vəkilinin təqdim etdiyi arqumentlər hakimləri inandıra bilməyib.

Prokurorluq futbolçunun təqsirli bilinməsini tələb edir. Hakimi günahkar hesab edilərsə, onu 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Bu mərhələdə söhbət ittihamlardan gedir və məhkəmə tərəfindən yekun hökm hələ çıxarılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button