“Zirə”nin legioneri: “Burada məni çox sevirlər”

“Zirə”nin futbolçusu Filipe Paxtman paytaxt klubu ilə müqaviləsinin müddətini uzatması barədə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, ötən ayın əvvəlində 3 illik yeni sözləşməyə imza atan braziliyalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında əsas məqsədlərinin əla mövsüm keçirmək olduğunu bildirib:

“Karyeramı “Zirə”də davam etdirəcəyim üçün xoşbəxtəm. Burada məni çox sevirlər. Maraqlı təklif etdilər, mən də razılaşdım. İnanıram ki, bu mövsüm qarşıya qoyulan hədəflərə çatacağıq. Öz potensialımıza çox inanırıq və azarkeşlərimizə böyük sevinc bəxş etmək üçün mübarizə aparacağıq”.

Paxtman 2021-ci ilin yanvarından “Zirə”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button