“Zirə” sabah “Qarabağ”la qarşılaşacaq

Növbəti mövsümə hazırlığını Bakıda davam etdirən “Zirə” sabah növbəti yoxlama oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv bu dəfə “Qarabağ”la qarşılaşacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Amma qarşılaşmanın məkanı və başlama saatı açıqlanmayıb.

Maraqlıdır ki, “Qarabağ” bu gün Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində İsrail “Aşdod”u ilə ilk oyununa çıxacaq. Belədə sabah “Zirə” ilə oyuna baş məşqçi Qurbanovun “Aşdod”a qarşı oynamayan və az şans qazanan futbolçuları buraxması ehtimal olunur.

“Zirə” daha öncə “Sabah” (0:0) və “Qəbələ” (3:0) ilə yoxlama oyunu keçirib. Komanda iyulun 18-də Türkiyəyə getməyi planlaşdırırdı. Lakin komandada futbolçulardan biri koronavirusa yoluxduğu üçün Türkiyədəki təlim-məşq toplanışı ləğv olunub. Bu üzdən də zirəlilər qarşıdakı mövsümə sonadək Bakıda hazırlaşmalı olacaq. Qəsəbə təmsilçisi mövsümlərarası hazırlıq çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Bununla bağlı qarşıdakı günlərdə əlavə məlumat veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button