“Zirə” Qomeslə yollarını ayırıb

“Zirə” futbolçusu Toni Qomeslə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bakı klubu məlumat yayıb.

Qvineya-Bissau yığmasının yarımmüdafiəçisi karyerasını İsraildə davam etdirəcək. 25 yaşlı cinah oyunçusu Hadera “Hapoel”inə transfer olunub.

Ötən ilin yayında “Zirə”yə keçən Toni Qomes 2022/2023 mövsümündə Premyer Liqada keçirdiyi 24 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button