“Zirə” Nigeriya klubunu darmadağın etdi
Növbəti mövsümə hazırlıqlarını davam etdirən “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Komanda.az xəbər verir ki, “qartallar” Nigeriyanın “Hartlend” klubu ilə qarşılaşıb.
Kızılcahamam stadionunda keçirilən görüşdə Azərbaycan təmsilçisi rəqibini 5 cavabsız qolla məğlub edib.
Yoxlama oyunu
30 iyul
Zirə – Hartlend (Nigeriya) 5:0
Qol: Miloş Bakraç, Nicat Süleymanov, Şafik Tiqrudca-pen, Robin Nqalande, Tellur Mütəllimov.
Zirə: 28. Boyan Zoqoviç, 4. Elvin Camalov, 5. Anastasios Papazoğlu, 8. İlkin Muradov, 10. Elvin Məmmədov, 14. Cavid Hüseynov (k), 18. Xulio Sezar Rodriqes, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 27. Adrian Skarlatake, 70. Nicat Süleymanov.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin