“Liverpul” Kloppun “yox” dediyi hücumçunu transfer edə bilər

“Çelsi”də çıxış edən Kristofer Nkunku İngiltərənin başqa bir top-klubunda forma geyinə bilər.

Komanda.az “Deadline Day Live”-ə istinadən xəbər verir ki, “Liverpul” fransalı forvardın xidmətində maraqlıdır.

Rəhbərlik futbolçunu daha əvvəl dəvət etmək istəsə də, baş məşqçi Yurgen Klopp uruqvaylı hücumçu Darvin Nunyesi saxlamağa üstünlük verib.

26 yaşlı Nkunku 2023-cü ilin yayında 60 milyon avro qarşılığında “Çelsi”yə keçmişdi. O, London klubu ilə 2029-cu ilin ortalarına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button