“Zirə”də braziliyalı hücumçu – rəsmi

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Velvis Damakena ilə 1+3 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynanın “Lvov” klubuna məxsus futbolçu sonradan transfer hüququnu almaq şərti ilə növbəti mövsümün sonuna qədər icarəyə götürülüb.

20 yaşlı hücumçunun transfer hüququ alınacağı halda, onunla bağlanmış 3 illik müqavilə qüvvəyə minəcək.

Braziliyalı futbolçu “Lvov”dan başqa, Slovakiyanın “Lokomotiva” klubunda da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button