“Zirə” daha üç futbolçu ilə yollarını ayırdı

“Zirə” klubu üç futbolçu ilə yollarını ayırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Elvin Camalov, Rodriqo Bonqonqui və Mateus Albino ilə klub arasında imzalanmış müqavilə başa çatıb.

“Zirə”dən ayrılan Elvin Camalov “Sabah” klubu ilə müqavilə imzalayıb.

“Zirə” bundan əvvəl Ruslan Qurbanov, Kərim Diniyev, Tural Bayramlı, Lazar Corceviç və Klesio Baukla yollarını ayırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button