“Zirə” – “Keşlə” matçında qalmaqal

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zirə” və “Keşlə” komandaları arasında keçirilən cavab oyununda insident yaşanıb.

Komanda.az xəbər verir ki, 88-ci dəqiqədə meydan sahiblərinin cərimə meydançası daxilində Lazar Corceviçin Anatole Abanqla təması penalti kimi dəyərləndirilib.

FİFA referisi Elçin Məsiyev yan xətt hakimi ilə məsləhətləşdikdən sonra 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin meydan sahibləri buna kəskin etiraz ediblər. Məsiyev hətta kənardan da kimlərləsə məsləhətləşib və sonda penalti qərarını verib. O, Corceviçi birbaşa qırmızı vərəqə ilə meydandan da qovub. Bütün bunlara etiraz edən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, köməkçisi Eltun Yaqublu da texniki zonadan qovulub. Onları meydandan kənarlaşdırmaq xeyli vaxt aparıb.

Yekunda penaltini Sezar Meza Kolli dəqiq yerinə yetirərək, hesabı komandasının xeyrinə dəyişib – 2:1. İlk oyun da 2:1 hesabıyla “Zirə”nin xeyrinə bitdiyindən, qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Hazırda “Keşlə” Sezar Meza Kollinin het-triki sayəsində 3:1 hesabıyla qələbə qazanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button