“Zirə” ərdəbilliləri məğlub etdi

“Zirə”nin 11 yaşadək futbolçulardan ibarət komandası yoxlama oyununa çıxıb.

Komanda.az klubun “facebook” hesabına istinadən xəbər verir ki, “qartallar” İranın Ərdəbil şəhərini təmsil edən “İranian” Futbol Akademiyasından olan həmyaşıdları ilə qarşılaşıb.

Matç “Zirə”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarını Murad Qurbanov və Fuad Həziyev vurub.