5-ci qarşılaşma

Bu həftə Azərbaycan Premyer Liqasında 3-cü turun oyunları keçiriləcək. Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində “Zirə” “Sabah”la görüşəcək.

Komanda.az “Zirə”nin “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu, iki komanda arasında ölkə çempionatlarındakı 5-ci matç olacaq.

“Qartallar” “Sabah”la yalnız ötən mövsümdə üz-üzə gəlib. Həmin çempionatda rəqiblər 4 dəfə qarşılaşıblar. “Zirə”nin ev oyunlarında 2, səfər matçlarında 3 qol qeydə alınıb.

“Zirə” bu görüşlərdə 1 qələbə qazanıb və 3 dəfə uduzub. 4 qol vuran futbolçular 6 top buraxıb. Evdəki qarşılaşmalarda xal qazanmayan “qartallar” qol da vurmayıb.

Avqustun 31-də Zirə İdman Kompleksinin stadionundakı oyun “Zirə”nin “Sabah”la 3-cü ev görüşü olacaq. Bu duellərdə yeganə böyükhesablı qələbə “Zirə”nin hesabındadır. Qəsəbə təmsilçisi son görüşdə rəqibinin qapısından üç cavabsız top keçirib. “Zirə”nin bu oyunlardakı bombardiri Xulio Sezar Rodriqez həmin matçda dubla imza atıb.

“Zirə” – “Sabah” oyunu sabah, saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button