“Qarabağ”dan ardıcıl 5-ci qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Bu mövsüm 4 turdan sonra qələbə qazana bilməyən “Sabah” səfərdə “Sumqayıt”la qarşılaşıb. Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər. Günün digər oyununda “Səbail” “Qəbələ”ni qəbul edib. Tərəflər hərəyə 1 qol vurduqları oyundan 1 xalla ayrılıblar.

Bazar günü daha bir qarşılaşma keçirilib. Mövsümə uğursuz start verən “Neftçi”, “Keşlə” ilə qarşılaşıb. İlk yarıda azlıqda qalan “ağ-qaralar” bu oyundan 1 xalla ayrılıb.

Tura bu gün keçirilən “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulub. Qarşılaşma Ağdam təmsilçisinin inamlı qələbəsiylə başa çatıb.

Azərbaycan Premyer Liqası, 5-ci tur

21 sentyabr

Sumqayıt – Sabah 1:0
Qol: Sərtan Taşqın, 34.
Qırmızı vərəqə: Mehdi Şərifi, 77 (ikinci sarı)
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Sumqayıt şəhər stadionu, 17:30

Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev (k), 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 9. Amil Yunanov, 10. Əmir Ağayev, 70. Mehdi Şərifi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 28. Səbuhi Abdullazadə
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 94. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 11. Elgün Nəbiyev, 50. İlqar Qurbanov, 90. Rəhim Sadıxov, 8. Peyman Babayi, 44. Elvin Cəfərquliyev, 20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Sabah: 1. Saşa Stamenkoviç, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 6. Vadim Abdullayev, 21. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov (k), 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 14. Rəşad Eyubov, 7. Coşqun Diniyev, 77. Cavid Tağıyev, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 19. Rocer Roxas, 99. Abbas Ağazadə, 11. Şakir Seyidov
Baş məşqçi: Rövşən Babayev

______________________________________________________________________________

Səbail – Qəbələ 1:1
Qol: Mirabdulla Abbasov, 68 – Rövlan Muradov, 17.
Hakimlər:
Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 19:45

Səbail: 85. Kamal Bayramov, 7. Fəhmin Muradbəyli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 18. Aqşin Qurbanlı, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 5. Rasim Ramaldanov, 14. Ülvi İsgəndərov, 7. Roman Hüseynov, 9. Davit Volkov, 3. İviça Zuniç, 77. Merab Giqauri, 21. Fernan Lopes, 19. Rövlan Muradov, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 4. Sadiq Quliyev, 10. Klesio Bauk, 13. Kristian Kuaku, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov.
Baş məşqçi: Zaur Həşimov.

______________________________________________________________________________

22 sentyabr

Neftçi – Keşlə 0:0
Qırmızı vərəqə: Donald Gerye, 34 (ikinci sarı).
Hakimlər:
İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
8-ci km stadionu, 18:30

Neftçi: 1. Səlahət Ağayev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 10. Dario Frederiko, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 16. Şahin Zəkiyev, 33. Tərlan Quliyev, 3. Cabir Əmirli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 66. Murad Qayalı, 90. Orxan Fərəcov
Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

23 sentyabr

Zirə – Qarabağ 1:3
Qol: Xulio Sezar Rodriqes, 88 – Maqaye Qeye, 12. Xayme Romero, 41. A.Papazoqlu, 44-öz qapısına.
Hakimlər:
Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 19:00

Zirə: 28. Boyan Zoqoviç, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Elvin Məmmədov, 18. Xulio Sezar Rodriqes, 48. Şafik Tiqrudja, 25. Miloş Bakraç, 5. Anastasios Papazoqlu, 6. Alvaro Ampuero, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 88. Tellur Mütəllimov, 17. Robin Nqalande, 11. Soni Norde, 77. Cəlal Hüseynov.
Baş məşqçi: Samir Abasov.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 8. Markos Madera, 6. Simeon Slavçev, 3. Ailton Silva, 21. Hacıağa Hacılı, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button