“Zirə” – “Neftçi”: 20-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Zirə” səfərdə “Neftçi” ilə qarşılaşacaq. Bu, iki komanda arasında yubiley – 20-ci qarşılaşma olacaq.

İlk dəfə 2015-ci ildə üz-üzə gələn rəqiblər indiyədək Premyer Liqa çərçivəsində 19 dəfə görüşüb. “Zirə” bu matçlarda üstünlüyə malikdir. Aktivində 10 qələbə olan “qartallar” 5 dəfə bir xalla kifayətlənib və yalnız 4 matçda uduzub. 22 qol vuran “Zirə” 18 top buraxıb.

“Neftçi”yə qarşı səfər matçlarında da üstünlük “qartallar”ın tərəfindədir. Səfərdəki 9 oyunda 3 qələbə və 4 heç-heçə əldə edən “Zirə” rəqib meydanında iki məğlubiyyət alıb. Bu görüşlərdə top fərqi meydan sahiblərinin xeyrinədir. “Zirə” 11 qol vurub, 13-nü buraxıb.

“Neftçi” – “Zirə” oyunu noyabrın 28-də keçiriləcək.