“Milan” iranlı hücumçu ilə maraqlanır

“Zenit”in futbolçusu Sərdar Azmun karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, iranlı hücumçu ilə “Milan” klubu yaxından maraqlanır. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, Azmunun “Milan”ın transfer siyahısında yer aldığı bildirilib.

“Milan” hücumçu mövqeyinə Sərdarla yanaşı, PSJ-dən Mauro İkardi və “Sassuolo”dan Cakomo Raspadori ilə də maraqlanır.

“Zenit”lə müqaviləsi 2022-ci ilin yayına qədər olan Sərdar Azmunun “transfermarkt”da dəyəri 25 milyon avrodur. İran millisinin də üzvü olan 26 yaşlı futbolçu ötən mövsüm “Zenit”lə 29 oyunda 19 qol vurub.