“Zenit” “Fənərbaxça”dan daha güclü komandadır – Luçesku

Türkiyə millisinin keçmiş baş məşqçisi Mirça Luçesku açıqlama verib.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis, yenidən klub çalışdırmaq istədiyini deyib:

“Klub baş məşqçisi olmaq istəyirəm, amma bu, iyun ayından tez olmayacaq. İndi Çempionlar Liqasında və Avropa Liqasında keçiriləcək oyunları izləyəcəm. Amma baş məşqçi deyil, izləyici olaraq. Rusiyaya qayıda bilərəmmi, bilmirəm. Hər şey mümkündür. İlk növbədə təkliflərə diqqət etməliyik”.

73 yaşlı mütəxəssis, Avropa Liqasının  1/16 final mərhələsində keçmiş komandası “Zenit”in “Fənərbaxça” ilə keçirəcəyi oyun haqqında da danışıb:

“Fənərbaxça” noyabr-dekabr aylarındakı kimi deyil, indi onlar gücləniblər. Bir neçə səviyyəli transfer ediblər. Son üç oyunda daha yaxşı çıxış etdilər.  “Zenit” əvvəlki “Fənərbaxça” ilə qarşılaşsaydı, onlar üçün daha asan olardı. Yenə də, cütün favoriti “Zenit”dir. Məndən sonra bu komandada çox şey dəyişib. Hazırda “Zenit” “Fənərbaxça”dan daha güclü komandadır. Eyni zamanda, Türkiyə klubu üçün də Avropa Liqasında mübarizəni davam etdirmək çox vacibdir. “Zenit” üzərində əldə olunacaq qələbə onlar üçün möhtəşəm olacaq. Məncə, oyundakı ən böyük ehtimal heç-heçədir”.

“Fənərbaxça” – “Zenit” oyunu bu gün, saat 21:55-də başlayacaq.