Halandın atası İngiltərə klubunun bazasında

“Zalsburq” klubunun futbolçusu Erlinq Halandın atası Alf-İnqe Haland İngiltərəyə yollanıb.

Komanda.az xəbər verir ki, norveçli hücumçunun atası “Mançester Yunayted” klubunun bazasına gedib. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Xəbərdə, Alf-İnqenin “qırmızı şeytanlar”ın məşqində olduğu, klubun akademiyasının işini bəyəndiyi bildirilib.

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer “Zalsburq”un hücumçusu Erlinq Halandın qış fasiləsində transfer edilməsini istəyir. Norveçli futbolçu ilə Avropanın nəhəng klubları yaxından maraqlanır.

Haland bu mövsüm 18 oyuna 26 qol vurub.