Zəfər kubokunun qalibi “Neftçi” oldu

Kişi voleybolçular arasında keçirilən Zəfər kuboku başa çatıb.

Komanda.az xəbər verir ki, kubokun qalibi adını “Neftçi” klubu qazanıb.

Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunan final matçının qalibi beş setdə müəyyən olunub. Görüş “Neftçi”nin üstünlüyü ilə başlayıb. Pərviz Səmədovun komandası ilk iki setdə 25:23 və 25:22 hesabı ilə qalib gələrək matça üstün başlayıb. 2:0 hesabı ilə məğlub olan “Murov” sonrakı setləri 28:26 və 25:23 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib – 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn “Neftçi” görüşün yekun nəticəsini müəyyənləşdirib – 3:2.

Final matçında rəqbini məğlub edən Pərviz Səmədovun komandası “Zəfər kuboku”nu başı üzərinə qaldırıb. Final matçından sonra 2021/2022 mövsümünün bağlanış mərasimi keçirilib.

Zəfər kuboku

23 aprel

Neftçi – Murov 3:2 (25:23, 25:22, 26:28, 23:25, 15:11)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button