
“Yuventus”un hücumçusu sıradan çıxıb
“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasına yaxın aylarda kömək edə bilməyəcək.
Serbiyalı futbolçu “Kalyari” ilə görüşdə (2:1) zədə alıb və qarşılaşmanın ilk hissəsində meydanı tərk etməyə məcbur olub.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 25 yaşlı forvardın 2025-ci ilin sonuna kimi sağalacağı real görünmür. Onun təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı, dönüşünün isə gələn ilin əvvəlinə planlaşdırıldığı bildirilir.
Vlahoviç bu mövsüm “Yuventus”un heyətində 17 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



