Ronaldo mükafatına qovuşdu

“Yuventus”un futbolçusu Kriştiano Ronaldoya “Golden Foot” mükafatı təqdim olunub.

Komanda.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 35 yaşlı hücumçuya mükafat İtaliyada təqdim olunub. Ronaldo, dekabrın 1-də “Golden Foot” mükafatının qalibi kimi açıqlansa da, təqdimetmə mərasimi koronavirus pandemiyasına görə gecikmişdi.

Futbolun inkişafındakı xüsusi xidmətlərə görə təqdim olunan “Golden Foot” mükafatı ildə bir dəfə və yaşı 29-dan az olmayan futbolçulara verilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button